Bakı. Trend:
Almaniyada 8 minə yaxın alman əsgərinin iştirakı ilə NATO-nun “Quadriga 2025” hərbi təlimlərinin mərhələlərindən biri başlayıb.
Trend xəbər verir ki, bu barədə “Norddeutscher Rundfunk” (NDR) teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, ssenariyə əsasən, “Frankfurt am Main” təchizat gəmisində ümumilikdə 30 yaralıya tibbi yardım göstəriləcək. Təlimlər Rostokdakı Universitet Xəstəxanası və Südstadt Rayon Xəstəxanasının iştirakı ilə həyata keçirilir. Manevrlərə NATO-nun Rostokdakı Dəniz Komandanlığı Qərargahı rəhbərlik edir.
Təlimin əsas elementlərindən biri gəminin göyərtəsində əməliyyat otaqları və xəstələr üçün yerlərlə təchiz olunmuş səyyar xəstəxananın fəaliyyəti olub.
Növbəti mərhələlərdə avtomobil və dəmir yolu ilə yüklərin daşınması, infrastrukturun mühafizəsi, həmçinin ABŞ aviasiyası ilə qarşılıqlı əlaqə nəzərdə tutulur.