Bakı. Trend:
Britaniyalı təlimatçılar 2026-cı ildə də Ukrayna Silahlı Qüvvələrinin hazırlığına davam edəcək.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Departamentinin açıqlamasında deyilir.
Məlumata görə, “İnterfleks” əməliyyatı – Ukraynalı hərbçilərin Britaniya Kral Hərbi Hava Qüvvələrinin standartlarına uyğun hazırlanması proqramı – ən azı 2026-cı ilin sonuna qədər uzadılıb. Bu barədə müdafiə naziri Con Hil bəyan edib.
Nazir bildirib ki, 2022-ci ilin əvvəlindən etibarən proqram çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 50 mindən çox yeni çağırışçısı “həyati vacib döyüş bacarıqları” ilə təmin olunub.
Beş həftədən yeddi həftəyə qədər uzadılan təlimlər əsasən Böyük Britaniyada həyata keçirilir.