Bakı. Trend:
"Mançester Yunayted"in futbolçusu Karlos Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Kərim Benzemanın formasını geyindiyi "Əl-İttihad" braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir.
Son ölkə çempionu Braziliya millisinin üzvü ilə danışıqlara başlayacaq.
"Qırmızı şeytanlar" yüksək maaş alan 33 yaşlı oyunçunu satmağın əleyhinə deyil.