Bakı. Trend:
İtaliyanın Fransadakı səfiri Emanuela Alessandro respublikanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, səfir İtaliyanın nəqliyyat və infrastruktur naziri Matteo Salvininin Fransa prezidenti Emmanuel Makron barədə dediyi sözlər səbəbindən XİN-ə çağırılıb.
Fransa XİN sözügedən bəyanatları qəbuledilməz sayıb.