...

İmişlidə rayonunda bir nəfər kanalda batıb

Hadisə Materials 22 Avqust 2025 14:49 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İmişli rayonunun Göhərli kəndi yaxınlığında Baş Muğan kanalında 1 nəfər batıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti