Laçın.Trend:
Laçın rayonunun Sus kənd tam orta məktəbinin tarixində bir ilk yaşanıb.
Trend xəbər verir ki, 2024-2025-ci tədris ilində fəaliyyətə başlayan Laçın rayonunun Sus kənd tam orta məktəbinin ilk məzunlarının hər biri tələbə adını qazanıb.
Qeyd edilib ki, tarixən bu kənddə tam orta məktəb səviyyəsində təhsil olmayıb. Beləliklə, Sus kənd tam orta məktəbi həm tarixində ilk dəfə tam orta təhsil verib, həm də imtahan nəticələrində parlaq uğura imza ataraq ikiqat tarix yazıb. Bu nailiyyətdə müəllimlərin fədakarlığı, şagirdlərin zəhməti və valideynlərin dəstəyi böyük rol oynayıb.
Məzunlar və qəbul olduqları ali məktəblər aşağıdakı kimidir:
• Atakişiyev Ayşən Xaqani – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xarici dil müəllimliyi (ingilis dili üzrə)
• Muradlı Pəri Fuad – Azərbaycan Dillər Universiteti, Xarici dil müəllimi (alman dili üzrə)
• Muradzadə Nihat Oqtay – Bakı Slavyan Universiteti, Tərcümə (Azərbaycan dili-alman dili)
Sus kəndinin ilk məzunlarının uğuru gələcək nəsillərə örnək olacaq. Azad torpaqların azad məzunlarını ürəkdən təbrik edir, onların uğurlarının davamlı olacağına inanırıq.