Bakı. Trend:
"Çelsi" futbol klubu İngiltərə Premyer Liqasının 2025/2026 mövsümündə ilk qələbəsini rəsmiləşdirib.
Trend-in məlumatına görə, “zadəganlar” II turda səfərdə “Vest Hem”lə qarşılaşıb.
Ötən oyunda “Kristal Pelas”a qalib gələ bilməyən Entso Mareskanın yetirmələri bu dəfə inamlı oyun nümayiş etdiriblər. Hesabı meydan sahibləri açsa da, “Çelsi” ardıcıl 5 qol vuraraq əzmkar qələbə qazanıb. Bir qol və iki məhsuldar ötürmə ilə Joao Pedro komandasının qələbəsində əsas fiqurlardan olub.