...

Tramp Epşteyn işi üzrə sənədləri Konqresə göndərilməsini dəstəkləyib

Dünya xəbərləri Materials 23 Avqust 2025 08:48 (UTC +04:00)
Tramp Epşteyn işi üzrə sənədləri Konqresə göndərilməsini dəstəkləyib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp uşaqlara təcavüz və bu qəbildən olan digər ağır cinayətlərdə təqsirli bilinən maliyyəçi Cefri Epşteynin işi üzrə materialların ABŞ Ədliyyə Nazirliyinin Konqresə təqdim edilməsini dəstəkləyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ evdə jurnalistlərə deyib.

"Günahsız insanlar zərər çəkməməlidir, amma mən bununla bağlı tam şəffaflığın tərəfdarıyam. Mənə tamamilə fərq eləmir", - D.Tramp Ədliyyə Nazirliyinin sözügən sənədləri Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinə ötürməsinə münasibətini soruşduqda bildirib.

"Bu barədə heç nə bilmirəm. Ancaq mən hamıya - [Baş prokuror] Pem [Bondi] və başqalarına - onlara [qanunvericilərə] təqdim edə biləcəkləri hər şeyi təqdim etmələrini dedim", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti