...

Bu il Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 154 milyon dollara çatıb

İqtisadiyyat Materials 22 Avqust 2025 12:32 (UTC +04:00)
Bu il Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 154 milyon dollara çatıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 154 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 107,3 milyon ABŞ dolları və ya 41,1% azdır.

Hesabat dövründə Türkmənistan ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,57%-i həcmində olub.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Türkmənistana 37,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 milyon ABŞ dolları və ya 29,5% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Türkmənistandan Azərbaycana 143,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 91,7 milyon ABŞ dolları və ya 44% azalma deməkdir.

Bundan başqa, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandan Türkmənistana 36,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 16,1 milyon ABŞ dolları və yaxud 30,7% azdır.

Hesabat dövründə Türkmınistana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 1,74% paya malik olub.

2024-cü il üzrə isə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 383,7 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 390,2 milyon ABŞ dolları və ya 50,4% azdır.

Hesabat dövründə ticarət dövriyyəsinin 80,2 milyon dolları Azərbaycandan Türkmənistana ixracın, 303,5 milyon dolları isə eyni istiqamətdə idxalın payına düşüb. Bunlar da 2023-cü ildəki göstəricilərlə müqayisədə müvafiq olaraq 6,8% və 55,9% azalma deməkdir.

Ötən il Azərbaycandan Türkmənistana 78,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2023-cü ildəki göstəriciyə nisbətən 6,4 milyon ABŞ dolları və ya 7,5% azdır.

Ötən il Türkmınistana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 2,35% paya malik olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti