...

Bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri gələn həftə elan olunacaq

Cəmiyyət Materials 21 Avqust 2025 14:16 (UTC +04:00)
Bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri gələn həftə elan olunacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri gələn həftə elan olunacaq.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

“Nəzərinizə çatdırırıq ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir. Bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur”, - DİM-dən bildirilib
Məqalədə:
Xəbər lenti

Xəbər lenti