Bakı. Trend:
İsrail ordusu Qəzzaya nəzarəti ələ keçirmək üçün quru əməliyyatına başlayıb və şəhərin kənarlarını ələ keçirib.
Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat katibi, briqada generalı Effe Defrin deyib.
O təsdiqləyib ki, İsrail Müdafiə Nazirliyi bu həftə çağırış vərəqələri göndərilməklə əlavə 60 min ehtiyatda olan əsgəri xidmətə çağıracaq. E.Defrin əlavə edib ki, avqustun sonunda daha 20 000 çağırış göndəriləcək.
General əlavə edib ki, İsrail ordusu Qəzza sakinlərinin təhlükəsiz yerlərə təxliyə edilməsi, humanitar yardım və tibbi yardım ala bilməsi üçün çalışır.