...

Bakıda yaşlı kişinin qətlində şübhəli bilinən bacısı oğlu saxlanılıb

Hadisə Materials 20 Avqust 2025 15:42 (UTC +04:00)
Bakıda yaşlı kişinin qətlində şübhəli bilinən bacısı oğlu saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 20-də paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakı. Trend: sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, ilkin araşdırmalarla 1993-cü il təvəllüdlü Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti