Bakı. Trend:
Regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat günü keçirilib.
Trend xəbər verir ki, tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov iştirak ediblər.
Proqram çərçivəsində maarifləndirmə tədbirləri, hakatonlar, inkubasiya proqramları həyata keçirilib və regionlarda 35 yeni innovativ layihə dəstəklənib. Bu tədbirdə də layihənin yekun nəticələrinin təqdimatı və 50 000 AZN mükafat fondunun təqdim olunması baş tutacaq.