...

"Mançester Yunayted"in futbolçusu komandadan ayrılmağa yaxındır

İdman Materials 20 Avqust 2025 05:31 (UTC +04:00)
"Mançester Yunayted"in futbolçusu komandadan ayrılmağa yaxındır

Bakı. Trend:

"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaço komandadan ayrılmağa yaxındır.

Trend xəbər verir ki, "Bavariya" və "Çelsi" argentinalı vingeri transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Qarnaço "Bavariya"nın təklifini rədd edib. 21 yaşlı oyunçu "Çelsi"yə keçmək istəyir.

"Qırmızı şeytanlar" futbolçu üçün 50 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Mançester Yunayted" Alexandro Qarnaçonu 2020-ci ilin yayında "Atletiko"nun akademiyasından transfer edib. Argentina millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti