...

Cənubi Qafqazda sülh İranın strateji prioritetidir – Pezeşkian

Dünya xəbərləri Materials 19 Avqust 2025 17:53 (UTC +04:00)
Cənubi Qafqazda sülh İranın strateji prioritetidir – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazda sülh İranın strateji prioritetidir və Azərbaycan və Ermənistan arasında sülh müzakirələrini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın mövqeyi Cənubi Qafqazda beynəlxalq sərhədlərdə dəyişikliyin olmaması və bu bölgənin geosiyasi rəqabətlər mərkəzinə çevrilməməsidir.

Pezeşkian bildirib ki, Qafqaz məsələlərinin həllinin regiondan kənar qüvvələrə tapşırılması regionun şəraitinin mürəkkəbləşməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 18 avqustda İrəvana səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti