...

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

İdman Materials 19 Avqust 2025 21:22 (UTC +04:00)
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Bakı. Trend:

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Trend xəbər verir ki, üçüncü yarış günündə daha 1 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Anar Cəfərli (92 kq) bürünc medal uğrunda qarşılaşmada amerikalı Konnor Mirasolaya uduzaraq (0:10) beşinci yerlə kifayətlənib.

Xəbər lenti

Xəbər lenti