...

Azərbaycan avtomobil idxalına xərcini 1,2 milyard dollara çatdırıb

İqtisadiyyat Materials 18 Avqust 2025 18:18 (UTC +04:00)
Azərbaycan avtomobil idxalına xərcini 1,2 milyard dollara çatdırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 63 401 ədəd avtomobil idxal edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 1,2 milyard ABŞ dolları olub.

Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 12 222 ədəd və ya 23,9%, dəyər ifadəsi ilə 227,2 milyon ABŞ dolları, yaxud da 24,1% artıb.

Dövr ərzində ölkəyə 25,2 milyon ABŞ dolları dəyərində 305 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,1 milyard ABŞ dolları dəyərində 58 044 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti