Bakı.Trend:
Albaniya klubu azərbaycanlı qapıçı ilə müqavilə imzalayıb.
Trend xəbər verir ki, Elməddin Məmmədov Albaniya klubuna keçib.
Ötən mövsümü "Mingəçevir"də keçirmiş qolkiper "Luftetari Gjikastra" klubu ilə 1 illik müqavilə imzalayıb.
O, 1-ci liqa klubunun düşərgəsinə qoşulub.
Məmmədov karyerası ərzində 29 yaşlı qapıçı karyerası ərzində “Alqa”(Qırğızıstan), “Tsxinvali”(Gürcüstan), “TC Sports Club”(Maldiv adaları), “Muras Yunayted”(Qırğızıstan), “St. Andryus”(Malta), “Yedinstvo Bihac”(Bosniya və Herseqovina) klublarında oynayıb.