...

Tramp Putinə zəng etmək üçün Avropa liderləri ilə danışıqları dayandırıb

Dünya xəbərləri Materials 19 Avqust 2025 01:10 (UTC +04:00)
Tramp Putinə zəng etmək üçün Avropa liderləri ilə danışıqları dayandırıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə telefonla danışmaq üçün Ağ Evdə Avropa liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqları müvəqqəti dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın "Bild" nəşri mənbələrə istinadən xəbər verib.

Bildirilib ki, bundan sonra Avropa hökumət başçıları və Zelenski ilə Oval kabinetdəki danışıqlar davam etdirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti