...

Su elektrik stansiyalarında enerji istehsalının həcmi 12%-dən çox artıb

Energetika Materials 19 Avqust 2025 11:38 (UTC +04:00)
Su elektrik stansiyalarında enerji istehsalının həcmi 12%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda su elektrik stansiyalarında 2,1 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 230,6 milyon kVt-saat və ya 12,5% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə ölkədə su elektrik stansiyalarında 1,8 milyard kVt-saat elektrik enerjisi istehsal edilmişdi.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-iyul aylarında 1995,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 370,9 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti