Bakı. Trend:
Ukrayna nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski və Avropa liderləri ilə görüşdüyü Ağ Evi tərk edib.
Trend-in məlumatına görə, bu barədə Ukraynanln "Novosti Live" nəşri xəbər verib.
Eyni zamanda, Zelenskinin danışıqlardan sonra planlaşdırılan "Fox News" televiziya kanalına müsahibəsi də ləğv edilib.
Telekanalın aparıcısının verdiyi məlumata görə, Zelenski proqramda iştirak etməyəcək.