...

“Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq

İdman Materials 19 Avqust 2025 09:06 (UTC +04:00)
“Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

Trend xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq.

Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

19 avqust

23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)

Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)

Budapeşt, “Groupama Arena”.

Xəbər lenti

Xəbər lenti