...

Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Cəmiyyət Materials 18 Avqust 2025 15:13 (UTC +04:00)
Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 18-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayat olunmaqla Ağdərə rayonu ərazisindəki "Gödəkburun" təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti