...

Xaçmazda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü qeyd olunub (FOTO)

Gündəm Materials 18 Avqust 2025 16:06 (UTC +04:00)
Xaçmazda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü qeyd olunub (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz rayonunda 18 Avqust-Sərhəd Qoşunlarının yaranmasının 106-ci ildönümü qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Sumqayıt Hərbi prokuroru Ağakişi Acalov, DSX Sərhəd Qoşunlarının Xudat Sərhəd Dəstəsinin komandiri Zaur Qasımov, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, hüquq mühafizə orqanlarının rəhbərləri və sərhəd dəstəsinin şəxsi heyəti əvvəlcə. Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Dövlət Sərhəd Xidməti əməkdaşlarını təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılması və Dövlət Sərhəd Xidmətinin təşkili Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illərdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb.

DSX Sərhəd Qoşunlarının Xudat Sərhəd Dəstəsinin komandiri Zaur Qasımov sərhəd xidmətinin təşkili istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Sumqayıt Hərbi prokuroru Ağakişi Acalov və digər çıxış edənlərdə DSX-nin şəxsi heyətini təbrik edib, 44 günlük Vətən müharibəsində sərhədçilərin göstərdikləri şücayətlərdən danışıblar.

Sonda DSX Sərhəd Qoşunlarının Xudat Sərhəd Dəstəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.

Xəbər lenti

Xəbər lenti