...

Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb

Hadisə Materials 18 Avqust 2025 16:00 (UTC +04:00)
Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Avqust ayının 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.

S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti