Bakı. Trend:
Futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın “Kayzerslautern” komandasının heyətində rəsmi matçlarda ilk qolunu vurub.
Trend-in məlumatına görə, hücumçu ölkə kubokunun "Ayntraxt 1949"la keçirilən 1/32 final mərhələsinin oyununda fərqlənib.
O, 15-ci dəqiqədə rəqibi cəzalandırıb.
Görüş “Kayzerslautern”in 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komanda adını növbəti raunda yazdırıb.