Bakı. Trend:
Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben Qurion hava limanına hücum ediblər.
Trend xəbər verir ki, bu iddia ilə üsyançıların sözçüsü Yəhya Saria çıxış edib.
“Yəmən silahlı qüvvələrinin raket qüvvələri unikal hərbi əməliyyat həyata keçirib və bu əməliyyat zamanı onlar Fələstin-2 tipli ballistik raketdən istifadə etməklə Ben Qurion hava limanına zərbələr endiriblər”, - o deyib.