...

ABŞ Zelenski ilə görüşdə ərazi məsələsini müzakirə etməyi niyyətindədir - Uitkoff

Dünya xəbərləri Materials 17 Avqust 2025 18:44 (UTC +04:00)
ABŞ Zelenski ilə görüşdə ərazi məsələsini müzakirə etməyi niyyətindədir - Uitkoff

Bakı. Trend:

ABŞ Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir.

Trend-in məlumatına görə, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff "CNN" televiziya şirkətinin proqramı zamanı deyib.

"[Ukrayna münaqişəsinin həlli üçün] əsas məsələ ərazilərin mübadiləsi məsələsidir. Biz bunu bazar ertəsi müzakirə etmək niyyətindəyik. Ümid edirik ki, biz bu məsələdə müəyyən aydınlığa nail olacağıq və ümid edirəm, bunların hamısı tezliklə sülh sazişi ilə başa çatacaq", - deyə o bildirib.

Uitkoff əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçirilən görüşdə ərazilərin dəyişdirilməsi məsələsi qaldırılmayıb. “[Cümə günü Rusiya ilə] görüşdə bu müzakirə oluna bilməzdi”, o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti