Bakı. Trend:
Fransa Ukraynanın demilitarizasiya olunmasının əleyhinədir və hesab edir ki, həmin ölkənin Silahlı Qüvvələrinin gücləndirilməsi təhlükəsizliyin əsas təminatlarından biri olmalıdır.
Trend xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə nümayəndəsi, nazir Benjamen Addad “La Tribune Dimanche” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin həllinə dair razılaşmaya Kiyev üçün konkret təhlükəsizlik zəmanətləri daxil edilməlidir.
“Bu, hər şeydən əvvəl güclü Ukrayna Ordusunun mövcudluğunu tələb edir, buna görə də Ukraynanın demilitarizasiyası ilə bağlı istənilən niyyət qəbuledilməzdir”, – Addad vurğulayıb.