...

"Mançester Yunayted" "Arsenal"ı qəbul edəcək - İngiltərə Premyer Liqası

İdman Materials 17 Avqust 2025 07:38 (UTC +04:00)
"Mançester Yunayted" "Arsenal"ı qəbul edəcək - İngiltərə Premyer Liqası

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasının I turunun ən maraqlı qarşılaşması baş tutacaq.

Trend xəbər verir ki, üçüncü oyun günündə daha üç görüş olacaq.

Belə ki, "Çelsi" "Kristal Pelas"ı, "Nottingem Forest" "Brentford"u qəbul edəcək. Gecənin ən maraqlı qarşılaşmasında "Mançester Yunayted"lə "Arsenal" üz-üzə gələcəklər.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq. Matçı İdman TV kanalı canlı yayımlayacaq.

17 avqust

İngiltərə Premyer Liqası

I tur

Saat 17:00, "Çelsi" - "Kristal Pelas";

Saat 17:00, "Nottingem Forest" - "Brentford";

Saat 19:30, "Mançester Yunayted" - "Arsenal".

Xəbər lenti

Xəbər lenti