...

Rusiya ilə danışıqlarda mühüm irəliləyiş əldə olunub - Tramp

Dünya xəbərləri Materials 16 Avqust 2025 03:12 (UTC +04:00)
Rusiya ilə danışıqlarda mühüm irəliləyiş əldə olunub - Tramp
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz bu gün mühüm irəliləyiş əldə etmişik.

Trend xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ankoricdə Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra jurnalistlərə deyib. Ağ Ev mətbuat konfransını canlı yayımlayıb.

"Bu gün biz mühüm irəliləyiş əldə etdik... Çox məhsuldar görüş keçirdik və bir çox məsələlər razılaşdırılıb", - deyə o bildirib.

D. Tramp əlavə edib ki, Ukrayna ilə bağlı bir çox məsələlər razılaşdırılıb və qalan məsələlərin həlli üçün yaxşı şans var. “Çox az məsələ qalıb, bəziləri isə o qədər də əhəmiyyətli deyil”, - deyə o qeyd edib.

Eyni zamanda o, tam razılığa gəlməyin mümkün olmadığını və razılaşmanın hələ də bağlanmadığını vurğulayıb.

Donald Tramp həmçinin bildirib ki, o, Putinlə görüşün məzmunu barədə Ukrayna prezidentinə və onun NATO-dakı həmkarlarına zəng vurmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti