Bakı. Trend:
Ukrayna Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada keçirilən görüşünün nəticələrini bir neçə meyar əsasında qiymətləndirəcək.
Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, ilk növbədə, Ukrayna dərhal, qeyd-şərtsiz və tam atəşkəs gözləyir. Rusiya və ABŞ həmçinin Kiyev və Avropa ilə Moskvanın veto hüququ olmadan gələcək sülh prosesinin prinsipləri barədə razılığa gəlməlidir. Podolyakın sözlərinə görə, Ukrayna nümayəndələri ilə danışıqların üçtərəfli formatı baş tutmalıdır.