...

Dəniz nəqliyyatı ilə yükdaşımalar 10% artıb

İqtisadiyyat Materials 15 Avqust 2025 15:38 (UTC +04:00)
Dəniz nəqliyyatı ilə yükdaşımalar 10% artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 5,4 milyon ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artıb.

Yüklərin 48,2 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 7,9 milyon ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6,4 milyon tonunu və ya 80,9 faizini tranzit yüklər təşkil edib.

2025-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 338,6 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,7 faiz azalaraq 14,8 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti