Bakı. Trend:
Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul aylarında 155,6 milyon manatlıq məhsul istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 12,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 20 faiz azalıb.
2025-ci ilin yanvar-iyul ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı sahəsi üzrə radioyayım və ya televiziya üçün qəbuledici qurğusu olmayan ötürücü aparaturanın istehsalı 76 faiz, elektrik avadanlıqlarının istehsalı sahəsi üzrə elektrik tənzimləyici cihazların istehsalı 31,7 faiz, güc transformatorlarının istehsalı isə 63,8 faiz azalıb.