Bakı. Trend:
İsrail ordusu Livanın cənubundakı ərazilərə zərbələr endirib.
Trend xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hücumun hədəfi radikal “Hizbullah” təşkilatının yeraltı obyektləri olub.
İsrail ordusu "Hizbullah"ın bu obyektlərdən istifadəni bərpa etmək üçün göstərdiyi səyləri müəyyən etdikdən sonra zərbə endirmək qərarına gəldiyini bildirib.