...

Xüsusi icra məmurunun standart haqqının hədləri təsdiqlənib

Cəmiyyət Materials 8 Dekabr 2025 17:02 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qərar xüsusi icra məmurlarının standart haqqının hesablanması meyarlarını və hədlərini müəyyən edəcək.

Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün veriləcək.

Standart haqq sabit hissədən və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərdən ibarət olacaq.

Pul tələbinə dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi tələbin məbləğindən aşağıdakı kimi hesablanır:

  • tələbin məbləği 30 manatadək olduqda tələbə bərabər məbləğdə;
  • tələbin məbləği 30 – 100 manat olduqda 30 manat məbləğində;
  • tələbin məbləği 101 – 500 manat olduqda 30 manat + 100 manatdan yuxarı hissənin 17 faizi;
  • tələbin məbləği 501 – 1.000 manat olduqda 98 manat + 500 manatdan yuxarı hissənin 15 faizi;
  • tələbin məbləği 1.001 – 5.000 manat olduqda 173 manat + 1.000 manatdan yuxarı hissənin 13 faizi;
  • tələbin məbləği 5.001 – 10.000 manat olduqda 693 manat + 5.000 manatdan yuxarı hissənin 11 faizi;
  • tələbin məbləği 10.001 – 50.000 manat olduqda 1.243 manat + 10.000 manatdan yuxarı hissənin 9 faizi;
  • tələbin məbləği 50.001 – 100.000 manat olduqda 4.843 manat + 50.000 manatdan yuxarı hissənin 7 faizi;
  • tələbin məbləği 100.001 – 500.000 manat olduqda 8.343 manat + 100.000 manatdan yuxarı hissənin 5 faizi;
  • tələbin məbləği 500.001 – 1.000.000 manat olduqda 28.343 manat + 500.000 manatdan yuxarı hissənin 3 faizi məbləğində;
  • tələbin məbləği 1.000.000 manatdan çox olduqda 43.343 manat + 1.000.000 manatdan yuxarı hissənin 1 faizi məbləğində, lakin 50.000 manatdan çox olmayaraq.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti