Bakı. Trend:
Gürcüstan Azərbaycandan Ermənistana yanacaq partiyasının bir dəfəlik pulsuz daşınmasına icazə verib.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin bəyanatında deyilir.
“Cari ilin dekabrın 5-də Gürcüstan hökumətinə Gürcüstan
ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik tranzit
yanacaq daşınmasının həyata keçirilməsi üçün tərəfdaş ölkələrdən
sorğu daxil olub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarına əsasən,
“Gürcüstan Dəmir Yolları”na həmin dəmir yolu tranzit daşınmasını
dərhal, tamamilə pulsuz və bir dəfəlik yerinə yetirmək tapşırılıb.
Rəsmi tərəflər bu qərar haqda məlumatlandırılıb”, - bəyanatda qeyd
olunur
Qurum əlavə edib ki, Gürcüstan həm Azərbaycan, həm də Ermənistan üçün hər zaman strateji və etibarlı tərəfdaş olub və olaraq qalır.
