Bakı. Trend:
Bu gün İran və Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm mədəni və həm başqa sahələrdə müzakirələr aparılıb.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün ən önəmli razılaşma danışıqlar, məsləhətləşmələrin davam etdirilməsi üçün səfərlərin artırılmasıdır.
"İki ölkə arasında əlaqələrin yüksək səviyyəyə qaldırılması, anlaşılmazlıqların sıfıra endirilməsi üçün səy göstəririk.
İran Azərbaycanla kommunikasiyaların inkişafında maraqlıdır. Nəticədə iki ölkə arasında ticarət artacaq. Enerji sahəsində də danışıqlar aparılıb" - deyə o qeyd edib.
