...

Sumqayıtda daha 188 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır

Cəmiyyət Materials 8 Dekabr 2025 15:15 (UTC +04:00)
Sumqayıtda daha 188 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 188 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.

Trend xəbər verir ki, bu barədə Yaşayış sahəsi İpoteka və Kredit Zəmanət Fonduməlumat yayıb.

Bildirilib ki, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.

Yeni mənzillər seçim üçün 15.12.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8795 kirayə müqaviləsi bağlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti