...

”Qəbələ” - “Turan Tovuz” oyunu təxirə salınıb (YENİLƏNİB)

İdman Materials 8 Dekabr 2025 18:33 (UTC +04:00)
”Qəbələ” - “Turan Tovuz” oyunu təxirə salınıb (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Misli Premyer Liqasının XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb.

Trend xəbər verir ki, qatı duman səbəbindən dayandırılan görüşün bu gün oynanılmamasına qərar verilib.

Baş hakim Tural Qurbanovun 23-cü dəqiqədə dayandırdığı qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, matçın sabah qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.

xxx

17:41

Güclü duman səbəbindən ”Qəbələ” - “Turan Tovuz” oyununda təxminən 20-30 dəqiqəlik fasilə yaranıb.

Trend xəbər verir ki, bu barədə "Qəbələ" futbol klubunun sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, oyunun taleyi ilə bağlı qərar bir neçə dəqiqədən sonra veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti