...

ATƏT Ukraynaya onlarla müşahidəçi göndərə bilər

Dünya xəbərləri Materials 8 Dekabr 2025 15:45 (UTC +04:00)
ATƏT Ukraynaya onlarla müşahidəçi göndərə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) mümkün atəşkəsə nəzarət etmək üçün qısa müddət ərzində Ukraynaya onlarla müşahidəçi göndərə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İnyatsio Kassis bəyan edib.

Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən təşkilata sədrlik edəcək İsveçrə atəşkəsin təmin olunduğu halda bu prosesdə fəal iştirak etməyə hazırdır.

“Bu məsələ ilə bağlı artıq bu gün konkret mülahizələr var: təşkilat çox qısa müddətdə bir neçə on nəfər göndərə biləcək”, – deyə o, “SonntagsBlick” qəzetinə müsahibəsində bildirib.

“ATƏT atəşkəsə nəzarət edə, atəşkəs xəttini izləyə, seçkilərə müşahidə edə və s. yerinə yetirə bilər”, - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti