...

General-mayor Kris Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi - ABŞ səfirliyi - (FOTO)

Siyasət Materials 8 Dekabr 2025 11:54 (UTC +04:00)
General-mayor Kris Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi - ABŞ səfirliyi - (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-mayor MakKinni Azərbaycan Respublikası Müdafiə Nazirliyində və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.

"Həm Müdafiə Nazirliyinin, həm də Fövqəladə Hallar Nazirliyinin nüvə, radioloji, kimyəvi, və bioloji təhlükələr üzrə mübarizə bölmələri ilə müzakirələr aparıb və Şəhidlər xiyabanını ziyarət edərək ehtiramını bildirib. MakKinin səfəri Amerika Birləşmiş Ştatları və Azərbaycanın uzunmüddətli müdafiə əməkdaşlığını möhkəmləndirdi və Azərbaycanın, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə dair ortaq maraqları vurğuladı."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti