...

GECO ilə “Xlinks” arasında sualtı kabel layihələri üzrə Anlaşma Memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 8 Dekabr 2025 12:10 (UTC +04:00)
GECO ilə “Xlinks” arasında sualtı kabel layihələri üzrə Anlaşma Memorandumu imzalanıb (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (“Green Energy Corridor Energy Company”/GECO) və “Xlinks” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın enegetika naziri Pərviz Şahbazov öz rəsmi “X” səhifəsində yazıb.

“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld ilə enerjiəməkdaşlığımızın inkişafına dair səmərəli görüş keçirdik.

Görüş zamanı birgə iştirakımızla “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) ilə “Xlinks” şirkəti arasında sualtı kabel layihələri və əlaqədar infrastruktur sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, məlumat mübadiləsi, texniki qiymətləndirmələrin aparılmasını nəzərdə tutan AnlaşmaMemorandumu imzalandı”,- deyə yazıda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti