...

Avropa İttifaqı Şurası Avropa Müdafiə Sənayesi Proqramını təsdiqləyib

Dünya xəbərləri Materials 8 Dekabr 2025 23:53 (UTC +04:00)
Avropa İttifaqı Şurası Avropa Müdafiə Sənayesi Proqramını təsdiqləyib

Bakı. Trend:

Avropa İttifaqı Şurası Avropa Müdafiə Sənayesi Proqramını (EDIP) rəsmən təsdiqləyib.

Trend Şuranın saytına istinadla xəbər verir ki, proqram Avropa İttifaqının müdafiə hazırlığının gücləndirilməsini və Avropa Müdafiə Texnologiya-Sənaye Bazasının (EDTIB) rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.

Bu qərar qanunvericilik prosesinin son mərhələsi olmaqla, proqramın vaxtında icrasına hüquqi zəmin yaradır. Sənəd çərçivəsində 2025-2027-ci illərdə ümumilikdə 1,5 milyard avro məbləğində qrant ayrılması nəzərdə tutulur. Bu məbləğin 300 milyon avrosu Ukraynanın müdafiə sənayesinin modernləşdirilməsi və dəstəklənməsi məqsədilə yaradılan xüsusi “Ukraynaya dəstək aləti”nə yönəldiləcək.

EDIP, həmçinin istehsal gücünün artırılması və kritik əhəmiyyətli müdafiə məhsullarının tədarükünün sürətləndirilməsini dəstəkləyəcək. Proqram azı üç ölkənin, o cümlədən azı iki Aİ üzvünün iştirakı ilə birgə satınalma layihələrinin maliyyələşdirilməsini nəzərdə tutur.

Proqramda məhsulların komponentlərinin ümumi dəyərinin 35 faizindən çoxunun Aİ və assosiasiya olunmuş ölkələrdən kənar mənbələrdən təmin edilməsinə məhdudiyyət qoyulur. Eyni zamanda, Aİ səviyyəsində müdafiə təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üçün ilk dəfə “təchizat təhlükəsizliyi” mexanizmi təsis edilir.

Xəbər lenti

Xəbər lenti