...

Məhsulun dərman vasitələri ilə eyni tərkibli olub-olmamasına dair ekspertiza aparılacaq

Cəmiyyət Materials 8 Dekabr 2025 17:20 (UTC +04:00)
Məhsulun dərman vasitələri ilə eyni tərkibli olub-olmamasına dair ekspertiza aparılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddətində dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” ilə istehsalçı və ya onun müvəkkil etdiyi şəxs arasında ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanılması, müvafiq ödənişin həyata keçirilməsi (bu barədə qəbz təqdim edilməklə), habelə nümunələrin təqdim edilməsi barədə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verildikdən sonra məhsulun dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasına dair ekspertiza 15 (on beş) iş günü müddətində həyata keçiriləcək.

Ekspertiza rəyi Nazirlik tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Agentliyə ötürüləcək.

Ekspertiza rəyinin verilməsi üçün nəzərdə tutulan müddət qeydiyyatın aparılması ilə bağlı müddətə daxil edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti