Bratislava. Trend:
Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Eyni zamanda, bu gün Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayırıq.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “İnfrastruktura, bağlantılar, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”.
