...

Avstraliyada güclü meşə yanğınları nəzarətdən çıxıb - Ölənlər var

Dünya xəbərləri Materials 8 Dekabr 2025 12:37 (UTC +04:00)
Avstraliyada güclü meşə yanğınları nəzarətdən çıxıb - Ölənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın Nyu-Saus Uels bölgəsində yerləşən meşələrdə 50-dən çox yanğın ocağı meydana gəlib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yanğın ocaqlarından doqquzu nəzarətdən çıxıb və geniş ərazilərə yayılmağa başlayıb. Həftəsonu ərzində fəlakət zonasında 20-yə yaxın evin yandığı bildirilir.

Əraziyə çox sayda yanğınsöndürmə briqadaları səfərbər olunub. Yanğının söndürülməsi əməliyyatına könüllü qismində qoşulan bir sakin ağacın üzərinə aşması nəticəsində həyatını itirib. Buladila adlanan yaşayış məntəqəsi yaxınlığında isə hadisə yerində 59 yaşlı kişi ürək tutmasından dünyasını dəyişib.

Tasmaniya bölgəsində 700 hektar ərazini ehtiva edən yanğın Dolfin Sends yaşayış məntəqəsində 19 evi məhv edib, 40-a yaxın daşınmaz əmlaka ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti