...

Özbəkistan Senatı Azərbaycanla parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək niyyətindədir - Komitə sədri

Siyasət Materials 8 Dekabr 2025 13:13 (UTC +04:00)
Özbəkistan Senatı Azərbaycanla parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək niyyətindədir - Komitə sədri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Senatı Azərbaycanla parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

Trend xəbər verir ki, bunu Özbəkistan Senatının Məhkəmə-Hüquqi məsələlər və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Abdulhakim Eşmuratov Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev - suveren Azərbaycanın konstitusionalizminin və parlamentçiliyinin qurucusu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Özbəkistan Senatı Azərbaycanla parlamentlərarası əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə, birgə təşəbbüsləri dəstəkləməyə və xalqlarımızın maraqlarına xidmət edən münasibətləri inkişaf etdirməyə hazırdır”, - deyə o bildirib.

Eşmuratov qeyd edib ki, son illərdə Özbəkistan və Azərbaycan arasında münasibətlər misilsiz səviyyəyə yüksəlib:

“Bunun mümkün olması iki dövlətin rəhbərlərinin - Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub”.

O əlavə edib ki, Özbəkistan və Azərbaycan arasındakı münasibətlər yalnız ikitərəfli formatda deyil, həm də regional və beynəlxalq səviyyədə əməkdaşlıq nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti