...

Dövlət Agentliyi dərman vasitələrinin şərti kompensasiya məbləğini müəyyən edəcək

Cəmiyyət Materials 8 Dekabr 2025 11:37 (UTC +04:00)
Dövlət Agentliyi dərman vasitələrinin şərti kompensasiya məbləğini müəyyən edəcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Pozitiv siyahıda yer alan dərman vasitələrinin şərti kompensasiya məbləği ekvivalent dərman vasitələri arasında vahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidinin qiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyən ediləcək.

Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev "Sağlam Dialoq: Media və Səhiyyə Kommunikasiyasında yeni Paradiqmalar" mövzusunda təşkil olunan təlimdə təqdimatı zamanı qeyd edib.

Onun sözlərinə görə, bu proses keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin əlçatanlığını artıracaq.

"Həmçinin əczaçılıq bazarında azad rəqabətin artmasına da təsir göstərəcək. Şərti kompensasiya məbləğinin 100%-i Agentlik tərəfindən qarşılanacaq. Bu isə dərmanlara əlçatanlığı artıran mühüm addımdır. Məsələn, eyni təsiredici maddəyə malik üç ekvivalent dərmanın qiyməti belədir: 12 AZN, 15 AZN və 18 AZN. Modelə əsasən 12 AZN şərti kompensasiya məbləği təyin edilir və Agentlik bu məbləğin tam kompensasiyasını həyata keçirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti