Bakı.Trend:
Ötən həftə ərzində 1693.4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Trend xəbər verir ki, bu barədə ANAMA-nın həftəlik məlumatında qeyd edilib.
Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 273 piyada əleyhinə mina, 66 tank əleyhinə mina, 1511 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
